EvİdmanÇempionlar Liqası: "Arsenal" PSV-ni darmadağın etdi, "Borussiya" və "Lill" bərabərə qaldı

Çempionlar Liqası: “Arsenal” PSV-ni darmadağın etdi, “Borussiya” və “Lill” bərabərə qaldı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Niderlandın PSV “Eyndhoven” klubu İngiltərənin “Arsenal” komandası ilə qarşılaşdı. Daylinews-Az xəbər verir ki, “Filips” stadionunda keçirilən matç qonaqların 1:7 hesablı inamlı qələbəsi ilə başa çatdı.

“Arsenal” PSV-ni məhv etdi

  • 18-ci dəqiqədə Yurriyen Timber hesabı açdı.
  • 21-ci dəqiqədə İtan Nvaneri fərqlənərək üstünlüyü artırdı.
  • 31-ci dəqiqədə Mikel Merino üçüncü qolu vurdu.
  • 43-cü dəqiqədə PSV-dən Noa Lanq penalti zərbəsi ilə fərqi azaltdı.
  • 47-ci dəqiqədə Martin Edeqor fərqi artırdı.
  • 48-ci dəqiqədə Leonadro Trossard beşinci qolu vurdu.
  • 73-cü dəqiqədə Edeqor dubla imza atdı.
  • 85-ci dəqiqədə Rikardo Kalafyori son nöqtəni qoydu.

“Borussiya” və “Lill” qalibi müəyyən edə bilmədi

Günün digər matçında Dortmundun “Borussiya” klubu evdə Fransanın “Lill” komandası ilə 1:1 hesablı heç-heçə oynadı.

  • 22-ci dəqiqədə “Borussiya”dan Karim Adeyemi hesabı açdı.
  • 68-ci dəqiqədə Hakon-Arnar Haraldsson “Lill” adına tarazlığı bərpa etdi.

Cavab oyunları nə vaxtdır?

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları 12 mart, çərşənbə günü baş tutacaq.

1/8 final oyunlarının nəticələri

4 mart

  • 21:45 – “Brügge” – “Aston Villa” – 1:3

5 mart

  • 00:00 – “Borussiya” (Dortmund) – “Lill” – 1:1
  • 00:00 – PSV – “Arsenal” – 1:7
  • 00:00 – “Real” – “Atletiko” – 2:1

1/8 final mərhələsinin digər oyunları 6 mart gecəsi keçiriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər