EvCəmiyyətAzərbaycanda aprelin 7-nə olan hava proqnozu açıqlanıb

Azərbaycanda aprelin 7-nə olan hava proqnozu açıqlanıb

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “Daylinews-az.com”a verilən məlumata görə, paytaxtda və yarımadada havanın temperaturu gecə 10-12°C, gündüz 14-18°C isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz isə 60-65% olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 10-13°C, gündüz 17-22°C isti, dağlarda gecə 0-5°C şaxta, gündüz 8-13°C isti təşkil edəcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər