Barsa Paris Sen-Jermen qarşısında aldığı ağrılı zərbədən sonra öz gücünü bərpa edib və inadkar Olimpiakosla oyunda revanş almağa çalışacaq. 1xBet Azərbaycan qarşıdakı qarşılaşmanın əsas intriqalarından bəhs edən oyunöncəsi analizi hazırlayıb.
Barselonanı liderlərı yenidən sıradadırlar
Yığma oyunları üçün fasilə başlayanda Hansı Flik rahat nəfəs aldı — «Mavi-qırmızılar»ı zədələr bürümüşdü və əsas heyətin yarısı hospitalda idi. Kadr problemləri o qədər ciddi idi ki, son oyunlarda komanda tam heyətlə belə meydana çıxa bilmirdi. Paris Sen-Jermenə (2:1) və Sevilyaya (4:1) məğlubiyyətlər isə bu böhranın təbii nəticəsi oldu.
İki həftəlik fasilə kataloniyalılar üçün sanki bir nəfəs təmiz hava oldu. Lamin Yamal, Fermin Lopes və Rafinya artıq ümumi qrupla məşq edir və Olimpiakosla oyuna hazırlaşırlar. Liderlərin qayıdışı FK Barselonanı yenidən cinahlarda təhlükəli hücum silahına çevirəcək.
«Mavi-qırmızılar»ın iki turdan sonra aktivində 3 xal var və komanda turnir cədvəlinin ortasında qərarlaşıb. Bu, Çempionlar Liqasının əsas favoritlərindən biri üçün, şübhəsiz ki, arzuolunan nəticə deyil. Əgər klubun liderləri yaxşı formada olsalar, azərkeşlərini gözəl oyunla sevindirəcəklərinə şübhə yoxdur.
Olimpiakos üçün xoşbəxt bilet
«Qırmızı-ağlar»ın əsas üstünlüyü rəqibin kadr problemləridir, lakin yunanların da öz çətinlikləri az deyil. İlk turda Olimpiakos Çempionlar Liqasının debütantı olan Kiprin Pafos klubunu məğlub edə bilmədi, yığma oyunları öncəsi isə çempionatda vacib görüşdə PAOK-a uduzdu.
Xose Luis Mendilibar hələ də yayda transfer olunan ulduz futbolçuları komandaya tam şəkildə uyğunlaşdıra bilməyib. Böyük gözləntilərə baxmayaraq, Mehdi Taremi, Daniel Podense və Gabriel Stefretsa Çempionlar Liqası oyunlarında özlərini göstərə bilməyiblər.
Arsenal qarşısında Olimpiakos avtobus park etmək taktikasını sınadı, lakin oyun planı tamamilə iflasa uğradı. «Topçular»ın daha çox çətinliyi yunanların müdafiəsini yarmaqda deyil, qol epizodlarını reallaşdırmaqda oldu.
Olimpiakos üçün hücum yönümlü kombinasiyalı futbol oynamaq qat-qat daha uğurlu alınır. Bəlkə də Mendilibar komandadan nəticə məsuliyyətinin yükünü bir qədər azaltsa və riskə getsə, bu daha səmərəli olar. Üstəlik, Barselona həmişə rəqibə sürətli hücumlar üçün imkan yaradır.
Kim qalib gələcək?
Çempionlar Liqasında FK Barselona və Olimpiakos 2017/2018 mövsümündə qrup mərhələsində iki dəfə qarşılaşıblar. «Kamp Nou»da meydan sahibləri ciddi müqavimət görmədən 3:1 hesabı ilə rahat qələbə qazanıblar, cavab oyununda isə yunanlar Herkules üslubunda əsl qəhrəmanlıq göstərərək azərkeşlərinin dəstəyi ilə tarixi heç-heçə əldə ediblər.
Analitiklər qarşıdakı matçın favoritinin FK Barselona olduğunu düşünürlər – klub qlobal mərc şirkəti 1xBet-in rəsmi tərəfdaşıdır. Meydan sahiblərinin qələbəsinə əmsal 1.203, Olimpiakosun qələbəsinə isə 17 göstərilib. Heç-heçə nəticəsinə uğurlu proqnoz məbləği 7.95 dəfə artıracaq.
Lakin Çempionlar Liqasının sehrini unutmaq olmaz — bu turnir tez-tez futbol azərkeşlərinə inanılmaz sensasiyalar bəxş edir. Burada yalnız ən güclülər oynayır və hər bir komanda sürpriz göstərə bilər.
Futbol nəhənglərinin möhtəşəm duellərini qaçırmayın və Lamin Yamal ilə Rafinyanın parlaq fərdi performanslarından 1xBet ilə zövq alın!





