“Qarabağ” FK qış təlim-məşq toplanışı çərçivəsində ölkə xaricinə yollanmağı nəzərdən keçirir.
Daylinews-az.com xəbər verir ki, komandanın məşqçilər korpusu hazırlıq müddətinin qısa olmasını nəzərə alaraq, ölkədaxili toplanışın da mümkünlüyünü düşünür. Lakin əldə olunan məlumata görə, “Qarabağ” bu dəfə qış hazırlıqlarını xaricdə keçirməyi planlaşdırır və əsas seçim Türkiyə deyil, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ola bilər.
Klubun əsas planı komandanın hazırlıqlarını Dubayda təşkil etməkdir. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir və yekun qərarın yaxın zamanda açıqlanması gözlənilir.