Global Terrorism Index 2025 (GTI) hesabatı açıqlanıb və dünya ölkələrinin terror təhlükəsi baxımından yeni reytinqi müəyyən edilib.
Terror təhlükəsi ən yüksək olan ölkələr
Hesabata görə, ən çox terror hadisələrinin baş verdiyi və təhlükənin yüksək olduğu ölkələr sırasına aşağıdakılar daxildir:
- Burkina-Faso – 8.581
- Pakistan – 8.374
- Suriya – 8.00
Bununla yanaşı, İsrail 8-ci (7.463), Rusiya 16-cı (6.267), İran 18-ci (6.056), Türkiyə 32-ci (3.968), ABŞ 34-cü (3.517), Fransa isə 40-cı yeri (2.712) tutub.
Azərbaycan terror təhlükəsi baxımından ən təhlükəsiz ölkələr sırasında
Azərbaycan 0.233 indeks göstəricisi ilə 90-cı yerdə qərarlaşıb və bu göstərici ölkəmizi dünyanın ən təhlükəsiz dövlətlərindən birinə çevirir. Müqayisə üçün, 2024-cü ildə Azərbaycan 89-cu yerdə idi.
Digər ölkələrin reytinqi:
- Niderland – 60-cı (1.402)
- Norveç – 66-cı (1.198)
- Finlandiya və Yaponiya – 72-ci (0.949)
- Danimarka və Ermənistan – 79-cu (0.72)
- Avstriya və Cənubi Koreya – 82-ci (0.582)
- Latviya və Litva – 86-cı (0.423)
Global Terrorism Index nədir?
Global Terrorism Index hesabatı Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace – IEP) tərəfindən hazırlanır və BMT, OECD, Dünya Bankı və bir sıra beynəlxalq təşkilatlar üçün rəsmi məlumat mənbəyi hesab olunur.
Azərbaycanın bu göstəricilər arasında yüksək təhlükəsizlik səviyyəsini qoruması ölkədə sabitlik və təhlükəsizliyin təmin olunmasının mühüm bir nümunəsidir.





