Türkiyənin Haber Global televiziya kanalı bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı reportaj hazırlayıb.
Kanalın müxbiri Murat Karataş Bakıdan birbaşa efirdə seçki prosesi haqqında ətraflı məlumat verib. O, seçkilərin noyabr ayından sentyabr ayına keçirilməsi qərarının COP29 tədbirinin keçirilməsi ilə əlaqədar olduğunu vurğulayıb.
Müxbir həmçinin qeyd edib ki, VII çağırış Milli Məclisdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas xüsusiyyətin isə onların bütün Azərbaycan ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilməsi olduğunu bildirib.
Müxbir qeyd edib ki, seçkiləri TÜRKPA, MDB, ATƏT və Türkiyə parlamentinin nümayəndə heyəti də daxil olmaqla çox sayda beynəlxalq müşahidəçi izləyib.
Xüsusi vurğulanıb ki, adıçəkilən nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
Daha ətraflı süjetdə: