EvDünyaHindistanda təyyarə qəzası: 242 nəfərin hamısı həlak olub

Hindistanda təyyarə qəzası: 242 nəfərin hamısı həlak olub

Boeing 787-8 Dreamliner faciəsi: Heyət və sərnişinlər sağ qalmayıb

Hindistanın qərbində baş verən dəhşətli təyyarə qəzası nəticəsində bütün sərnişin və heyət üzvləri həyatını itirib. Bu barədə Hindistanın News18 telekanalı məlumat yayıb.

Air India şirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki bütün 242 nəfərin öldüyü güman edilir,” – deyə kanal bildirib.

Baş Nazir fövqəladə toplantı çağırdı

Hindistanın Baş naziri Narendra Modi hadisədən dərhal sonra daxili işlər naziri Amit Şah və mülki aviasiya naziri Rammohan Naidu ilə təcili müşavirə keçirib. Modi hər iki naziri hadisə yerinə – Əhmədabada göndərib və qəzaya düşənlərin yaxınlarına yardım göstərilməsini tapşırıb.

Təyyarədə kimlər var idi?

London istiqamətində uçan təyyarənin göyərtəsində ümumilikdə 242 nəfər olub – 230 sərnişin və 12 ekipaj üzvü. Sonradan açıqlanan məlumata görə, sərnişinlər arasında aşağıdakı ölkələrin vətəndaşları olub:

  • 169 nəfər — Hindistan vətəndaşı
  • 53 nəfər — Böyük Britaniya vətəndaşı
  • 7 nəfər — Portuqaliya vətəndaşı
  • 1 nəfər — Kanada vətəndaşı

Hadisənin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb, araşdırma davam edir. Qəza zamanı təyyarənin havaya qalxdığı anlarda texniki nasazlıq olduğu ehtimal edilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər