EvCəmiyyətİki Bakı məktəbinin direktoruna ciddi töhmət verildi

İki Bakı məktəbinin direktoruna ciddi töhmət verildi

Bakı şəhərində yerləşən iki ümumtəhsil məktəbinin direktoruna xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ciddi töhmət elan olunub.

Bu barədə Daylinews-az.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat verib.

Bildirilib ki, Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov və 278 nömrəli məktəbin direktoru Sevinc Hüseynovaya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla ciddi töhmət tətbiq olunub. Həmçinin, onlara xəbərdarlıq edilib ki, gələcəkdə oxşar hallar təkrarlandığı təqdirdə, barələrində daha sərt intizam tədbirləri görüləcək.

Xatırladaq ki, bir müddət əvvəl 275 nömrəli məktəbin şagirdinin oğurlanmasına cəhd edildiyinə dair iddialar yayılmışdı. Lakin bu məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyi həmin məlumatın həqiqəti əks etdirmədiyini bəyan etmişdi.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər