Dünya İranda və ətrafında baş verənləri izləyərkən, ABŞ-nin böyük hərbi qüvvələri regiona topladığı bir dövrdə Tehran qonşularını, o cümlədən Azərbaycanı hədəfləyir. Təhdidlər həm mümkün müharibə ssenarilərində Azərbaycanın ziyan çəkəcəyi iddiaları, həm də açıq atəş təhdidləri ilə doludur.
Fars agentliyinin iddiaları və Azərbaycan faktoru
“Sepah”a bağlı Fars agentliyinin 23 yanvar materialında ABŞ və İsrail hücumu regional müharibəyə çevriləcək deyilib. Azərbaycan İsrailə neft idxalının 46,4%-ni təmin edərək enerji tərəfdaşı kimi qeyd olunur.
Materialda bildirilir: “Bu proses Azərbaycanı sionist rejimin təhlükəsizlik zəncirinin bir parçasına çevirib və onu İranın mümkün hədəflərinin ön xəttinə çıxarıb”. Agentlik iddia edir ki, İsrail hərbi hava qüvvələri İran sərhədinə yaxın Azərbaycan bazalarından istifadə edərək casusluq aparır.
“Azərbaycan Respublikası daha bitərəf qonşu deyil, düşmənin təhlükəsizlik zəncirinin bir hissəsidir. Qırmızı xətt çəkilib və onun keçilməsi Azərbaycanı İranın birbaşa atəş hədəfinə çevirəcəkdir”.
Keçmiş kampaniyalar və aktual kontekst
Keçən il İran-İsrail 12 günlük müharibəsi dövründə Azərbaycana qarşı böhtan kampaniyası aparılmışdı. İndi isə İsrailə neft idxalının 46,4% Azərbaycandan olması (Rusiya 28%) Fars tərəfindən vurğulanır.
“Azad İran” kanalının videosunda qeyd olunur ki, İran ABŞ və İsrail qarşıdurmasında Azərbaycanı potensial hədəf kimi görür. Bu, Tehranın qonşu ölkələrə təzyiq strategiyasının bir hissəsidir.





