İrandan Azərbaycana dövlət sərhədinin qanunsuz keçilməsi və narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəsmi məlumat yayıb.
Daylinews-az.com xəbər verir ki, hadisə DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Məlumata əsasən, aparılan sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində aşağıdakı narkotik vasitələr aşkar olunaraq götürülüb:
- 48 kq 875 qram marixuana
- 17 kq heroin
- 8 kq metamfetamin
- 2 kq tiryək
- 2 min ədəd metadon M-40 narkotik tərkibli həblər
Aşkar edilən ümumi çəkisi 75 kiloqram 875 qram olan narkotik vasitələr dövlət sərhədindən qanunsuz şəkildə keçirilmək istəyərkən saxlanılıb. Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





