Yer kürəsində daha əvvəl proqnozlaşdırılmayan, lakin artıq təsdiqlənmiş maqnit qasırğası qeydə alınıb. Bu barədə məlumatı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.
Daylinews-az.com xəbər verir ki, qasırğa Bakı vaxtı ilə gecə saat 12:00-dan başlayıb və iyunun 13-ü səhər saatlarınadək G2.3 səviyyəsinə çatıb. Bu göstərici orta səviyyədən yüksək sayılır və bəzi sahələrə təsir potensialı daşıyır.
Alimlər qeyd edirlər ki, bu səviyyədə maqnit pozuntusu:
- Enerji sistemlərinin işində nasazlıqlara,
- Radiorabitə və peyk əlaqəsində pozuntulara,
- Bəzi insanların sağlamlıq durumunda gərginliyə səbəb ola bilər.
Hazırda geomaqnit qeyri-sabitliyinin dəqiq səbəbi müəyyən edilməyib. Tədqiqatçılar günəş plazmasının sıxlığında və maqnit sahəsinin gücündə artım müşahidə edildiyini bildirirlər.
Mütəxəssislərin fikrincə, fırtınanın nə qədər davam edəcəyini öncədən dəqiq müəyyənləşdirmək çətindir. Onlar ehtimal edirlər ki, Yeri yaxın 2–3 gün ərzində qeyri-sabit maqnit şəraiti gözləyir.





