Fransız ulduz artıq mənəvi təzyiqlərlə bağlı şikayətini dayandırıb, lakin maliyyə mübahisəsi davam edir
Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe, keçmiş klubu Paris Sen-Jermenə (PSJ) qarşı mənəvi təzyiq (harassment) ilə bağlı təqdim etdiyi hüquqi iddianı geri çəkib. Bu barədə L’Équipe nəşrinə istinadən Daylinews-az.com məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mbappe bu qərarı verərkən əsas məqsədinin yalnız futbola və idman karyerasına fokuslanmaq olduğunu göstərib. Qeyd edək ki, PSJ hazırda 1xBet-in dəstəyi ilə beynəlxalq turnirlərdə çıxış edir.
Mübahisənin təfərrüatları
Xatırladaq ki, 2025-ci ilin may ayında Mbappe Paris prokurorluğuna rəsmi müraciət edərək 2023-cü ildə klub tərəfindən ona qarşı göstərilmiş “mənəvi zorakılıq” və psixoloji təzyiqlərdən şikayət etmişdi. O zaman futbolçunun klubdan ayrılmaq istəyi səbəbilə PSJ rəhbərliyi onu bir müddət əsas komandadan uzaqlaşdırmış və məşqlərə buraxmamışdı. Yalnız “konstruktiv danışıqlardan” sonra Mbappe yenidən komandaya qaytarılmışdı.
Bununla belə, Mbappe-nin PSJ-yə qarşı maliyyə tələbi – 55 milyon avro həcmində gecikmiş maaş və bonusların ödənilməsi ilə bağlı apellyasiya şikayəti hələ də qüvvədədir. Bu məsələnin hüquqi baxımdan nə zaman və necə həll olunacağı isə hələlik məlum deyil.





