EvİdmanKomо – İnter: A Seriyasının əsas sensasiyası titulun əsas namizədinə qarşı

Komо – İnter: A Seriyasının əsas sensasiyası titulun əsas namizədinə qarşı

1xBet Azərbaycan İtaliya çempionatının 12 aprel tarixində Komodakı Cüzeppe Sinigalyа stadionunda keçiriləcək qarşılaşmasını anons edir.

İnter çempion ritmini tutub

Nerazzurri tam sürətlə 21-ci skudettoya doğru irəliləyir və tempini azaltmaq niyyətində deyil. Keçən həftəsonu İnter öz azarkeşləri önündə Romanı 5:2 hesabı ilə darmadağın etdi və indi mövsümün əsas sensasiyası olan Komonu sınağa çəkməyə hazırdır. Kristian Kivunun yetirmələrini meydana kapitan Lautaro Martines çıxaracaq. O, zədədən qayıdışını Roma qapısına vurduğu dublla qeyd edib. Argentinalı artıq A Seriyasında 16 qol vurub və turnirin «Qızıl buts» yarışında inamla liderlik edir.

Möhtəşəm mövsüm keçirən digər futbolçu isə Federiko Dimarkodur – o, cari İtaliya çempionatında 6 qol və 15 assistlə yadda qalıb. Milan klubunun sol müdafiəçisi 2009–2010 mövsümündə 17 məhsuldar ötürmə verən Ronaldinyonun əfsanəvi rekordunu yeniləməyə çox yaxındır.

İnter çempionatın ən güclü hücumuna malikdir – 31 oyunda 71 qol vurub. Eyni zamanda Kristian Kivunun komandası müdafiədə də etibarlıdır: Nerazzurri-dən daha az qol buraxan yalnız Milan və Komodur. Məhz hücum və müdafiə arasındakı bu balans sayəsində İnter çempionatda inamla liderlik edir.

Komо – A Seriyasının ən çox müzakirə olunan komandasıdır

Son turda Biancoblù Udineze ilə 0:0 hesablı heç-heçə edib və 5 oyunluq qələbə seriyasını dayandırıb. Sesk Fabreqasın komandası çempionatın ən yaxşı müdafiəsinə malikdir – 31 oyunda cəmi 22 qol buraxıb. Bununla belə, Komo heç vaxt müdafiədə qapanmır – komanda həmişə topa nəzarət etməyə çalışır və mövqe hücumlarında rəqiblərini üstələyir.

Biancoblù-nun bu mövsümdə əsas hücum gücü hücumçu Anastasios Duvikas olub – o, 11 qol vuraraq A Seriyasının «Qızıl buts» yarışında Lautaro Martinesə ciddi rəqibə çevrilib. Həmçinin istedadlı ispan vinger Jesús Rodríguez də parlaq çıxış edir – bu mövsümdə 7 assistlə yadda qalıb. Niko Pası da unutmaq olmaz – o, İtaliya çempionatının ən perspektivli və ən baxımlı futbolçularından biri hesab olunur.

Komo-nun nəhənglərlə bərabər səviyyədə oynamaq üçün bütün imkanları var. Ola bilər ki, artıq bu mövsümdə A Seriyasında İtaliya futbolunun inkişafına təkan verəcək yeni gücün doğulmasının şahidi olaq.

Kim qalib gələcək?

Şəxsi qarşılaşmaların statistikası qonaqların xeyrinədir: Komo tarixində hələ heç vaxt İnteri məğlub etməyib. Bununla belə, Biancoblù «Cüzeppe Siniqalya» stadionunda 4 oyunluq məğlubiyyətsiz seriyaya malikdir və öz azarkeşləri önündə nəhəngə sürpriz edə bilər. Üstəlik, martın əvvəlində Komo İtaliya Kuboku çərçivəsində öz meydanında İnteri qəbul etmişdi və həmin oyun 0:0 hesabı ilə başa çatmışdı.

Qarşıdakı oyunun böyük turnir əhəmiyyəti var. Nerazzurri-yə skudetto uğrunda mübarizədə mövqelərini möhkəmləndirmək üçün xallar lazımdır, Komo isə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizənin mərkəzindədir. Bu, əhalisi 100 000-dən az olan şəhər klubunun tarixində ilk belə uğur ola bilər.

A Seriyasının 32-ci turunun mərkəzi oyununu 1xBet ilə birlikdə izləyin və favoritinizə proqnoz verin! Hər gün minlərlə oyunçu etibarlı brendin platformasında emosiyalı anlardan və böyük uduşlardan həzz alır, yalnız müsbət 1xBet rəyləri buraxır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər