EvKriminalLənkəranda uşağa qarşı zorakılıq edən tərbiyəçi işdən çıxarıldı – Kaspi Kids françayzinq...

Lənkəranda uşağa qarşı zorakılıq edən tərbiyəçi işdən çıxarıldı – Kaspi Kids françayzinq müqaviləsini ləğv etdi

Lənkərandakı “Kaspi Kids” uşaq bağçasında uşağa qarşı fiziki zorakılıq tətbiq edən tərbiyəçi işdən azad olunub. Daylinews-az.com xəbər verir ki, bu barədə məlumat Kaspi təhsil şirkəti tərəfindən yayılıb. Bildirilib ki, insidentlə bağlı təcili araşdırma aparılıb və hadisədə iştirak edən tərbiyəçi ilə əmək müqaviləsinə xitam verilib.

Françayzinq müqaviləsi də ləğv olunub

“Kaspi Kids”in Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti göstərən müəssisədir. Bu müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunurdu və Kaspi Kids brendindən istifadə üçün françayzinq əsasında rəsmi icazə almışdı.

Qeyd olunub ki, baş verən hadisə Kaspi Kids-in dəyərlərinə tamamilə ziddir:

İnsident dərhal araşdırılıb, müvafiq işçi işdən çıxarılıb. Həmçinin “Hirkan Hazırlıq Kursu” MMC ilə bağlanmış françayzinq müqaviləsi də ləğv olunub. Bu müəssisə Kaspi Kids-in təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmirdi”.

Şirkət bu xoşagəlməz hadisəyə görə dərin təəssüf hissi keçirdiyini bildirib və gələcəkdə belə halların qarşısını almaq məqsədilə nəzarət mexanizmlərinin gücləndiriləcəyini vurğulayıb.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər