EvMədəniyyətMilli Mətbuatın 150 illik yubileyi münasibətilə medallar üçün namizədlər müəyyənləşib

Milli Mətbuatın 150 illik yubileyi münasibətilə medallar üçün namizədlər müəyyənləşib

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib və burada mühüm qərarlar qəbul olunub. Iclasda MŞ sədrinin əvvəlki toplantıdan indiyə qədər görülən işlər barədə hesabatı dinlənilib.

Sədr Rəşad Məcid bildirib ki, Mətbuat Şurası “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” şərəfinə yubiley medallarının təqdimatı üçün namizədləri seçərək Medianın İnkişafı Agentliyinə (MEDİA) göndərib. Eyni zamanda, Rəşad Məcid qeyd edib ki, MŞ fəaliyyətində informasiya yayımı və media sahəsindəki mənfi tendensiyalara da diqqət yetirir.

Şura son vaxtlar cəmiyyətdə bölücülüyə yol açmamalı olan informasiya təqdimatı ilə bağlı tövsiyə sənədi yayıb və bu mövqeyini qoruyur.

İcraçı katib Əvəz Rüstəmov quruma daxil olmuş müraciətlər barədə də məlumat verib. O, ümumilikdə 6 şikayətin araşdırıldığını bildirib və həmin şikayətlərdən birinin Şikayətlər üzrə Komissiyanın gündəliyinə daxil ediləcəyini, digər beşinin isə şikayətçi və cavabdeh tərəflər arasında razılıq halında həll olunduğunu vurğulayıb.

Əlaqəli Məqalələr

Populyar Xəbərlər