EvİdmanNigeriya millisinin əfsanəvi qapıçısı Piter Rufay vəfat etdi

Nigeriya millisinin əfsanəvi qapıçısı Piter Rufay vəfat etdi

Afrika futbolunun simalarından biri, Nigeriya millisinin sabiq qapıçısı Piter Rufay 61 yaşında dünyasını dəyişdi. Bu barədə ESPN Africa məlumat yayıb.

Mənbənin yazdığına görə, Rufay son illər ərzində uzunmüddətli xəstəlikdən əziyyət çəkirdi. Təəssüf ki, yaxın günlərdə 62 yaşını qeyd etməli olan veteran futbolçu bu yaşa çatmadan vəfat etdi.

Piter Rufay Nigeriya millisinin heyətində 65 oyunda iştirak edib. O, 1994-cü ildə Afrika Millətlər Kubokunun qalibi olub, həmçinin iki dünya çempionatı və iki Afrika Millətlər Kubokunda ölkəsini təmsil edib.

Rufay Avropada bir neçə klubun şərəfini qoruyub. Onun oynadığı klublar arasında Belçikanın “Lokeren” və “Beveren”, Niderlandın “Go Ahead Eagles”, Portuqaliyanın “Farense”, İspaniyanın “Hércules”, “Deportivo” və “Gil Vicente” klubları yer alırdı.

Qeyd edək ki, bundan bir gün öncə — iyulun 3-də Portuqaliya millisinin və “Liverpul” klubunun futbolçusu Diogu Jota və onun qardaşı, “Penafiel”in oyunçusu Andre Silva İspaniyada baş verən avtomobil qəzasında həlak olublar. İlkin məlumata görə, qəza Lamborghini markalı avtomobilin təkərinin partlaması nəticəsində baş verib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər