Uzaqdan işləmə dövründə noutbuklar ən vacib alətlərdən birinə çevrilib. Onlar səhərdən axşamadək və bəzən gecə yarısına kimi şarj cihazına bağlı qalır. Bəs noutbuku fasiləsiz şarjda saxlamaq təhlükəsizdirmi?
BGR xəbər verir ki, müasir noutbuklar davamlı enerji təminatına uyğun hazırlanır, lakin diqqət etməli nüanslar var. Əgər cihaz çox qızırsa, bu, batareyanın zədələnməsinin əlamətidir. Belə hallarda cihazı söndürmək, soyutmaq və əsas istifadə vaxtında şarjdan ayırmaq məsləhətdir.
Ən böyük fərq köhnə modellərlə müqayisədə batareyanın növü və ağıllı enerji idarəetməsi sistemidir. Adətən, şarj cihazı enerji axımını tənzimləyir, batareya isə kiçik porsiyalarda enerji qəbul edərək yüklənmənin qarşısını alır. Yəni, noutbuk batarya səviyyəsini 100% çatdıranda artıq enerji doldurmur, yalnız tam səviyyəni saxlayır.
İstifadə növü də önəmlidir. Yüngül işlərlə (sənəd hazırlamaq, internetdə gəzmək) məşğul olursunuzsa, davamlı enerji bağlantısı çox da zərərli deyil. Amma ağır proqramlarla sistem işləyəndə batareya və enerji blokları maksimum yüklənir ki, bu da cihazın ömrünü azaldır.
İstənilən halda, yüksək temperatur və enerji sərfi batareyanın köhnəlməsini sürətləndirir. Təcrübə göstərir ki, ara-sıra enerji kabelini çıxarmaq və noutbuku batareyadan istifadə etməyə məcbur etmək faydalıdır.
Əlavə tövsiyələr:
- Cihazı günəş işığı altında, yumşaq səthdə (məsələn, yorğanda) istifadə etməyin, bu batareyanın əzilməsinə səbəb olur.
- Gecə yatarkən noutbuku şarjdan ayırın.
- Dövri olaraq batareyadan istifadə edin ki, o, uzun müddət eyni səviyyədə donmasın.
- “Windows 11” sistemində enerji qənaət rejimindən faydalanın.
- Güc dalğalanmaları, qasırğalar zamanı noutbuku enerji mənbəyindən ayırmaq üçün keyfiyyətli şəbəkə filtri və ya UPS istifadə edin.
Bu sadə qaydalara əməl etməklə, noutbukunuzun batareyasının ömrünü uzadır və cihazın sağlam çalışmasını təmin edirsiniz.





