Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rumıniyaya səfər edib. O, sentyabrın 3-də Buxarestdə keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə Strateji Tərəfdaşlıq Sazişi”nin icrasına həsr olunmuş 8-ci nazirlər toplantısında iştirak edəcək.
Daylinews-az.com-un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, görüş çərçivəsində enerji infrastrukturunun inkişafı və regionun enerji təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı əsas məsələlərin, o cümlədən Azərbaycanın Gürcüstan vasitəsilə Avropaya bərpa olunan enerjinin nəqli layihələrinin müzakirəsi planlaşdırılır.
İclasda sazişin icrasının cari mərhələləri və tərəfdaş ölkələr arasında davamlı enerji əməkdaşlığının təmin edilməsi üçün atılacaq növbəti addımların müzakirəsi gözlənilir.