EvCəmiyyətPirşağı–Novxanı–Xırdalan–M4 Yolunda Yeni Tunel Tikintisinə Start Verilib

Pirşağı–Novxanı–Xırdalan–M4 Yolunda Yeni Tunel Tikintisinə Start Verilib

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi” üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda yeni tunel tipli yol ötürücüsünün inşasına başlanılıb. Yeni tunel layihənin 3.6-cı kilometrliyində, mövcud dəmir yolu xəttinin altından keçməklə tikilir.

Tunelin uzunluğu 620.6 metrdir, bunun 36.6 metri qapalı, 584 metri isə açıq hissədən ibarət olacaq. Hal-hazırda tunelin dayaqlarının qazılması, beton işləri və svayların quraşdırılması davam etdirilir.

29 kilometr uzunluğa malik bu avtomobil yolu 1B texniki göstəricilərə uyğun olaraq, altı hərəkət zolağı ilə salınır. Layihə əhatəsində 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün və 2 açıq-qapalı tunelin tikintisi nəzərdə tutulub. Tikinti işləri müvafiq inşaat norma və standartlarına uyğun yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla həyata keçirilir. Layihənin vaxtında tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi cəlb olunub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi ilə Abşeron yarımadasındakı yaşayış məntəqələri Bakı şəhərindən keçmədən, Bakı–Quba–Rusiya sərhədi avtomobil yolu ilə şimal bölgəsinə, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə ölkənin qərb bölgələrinə rahat və səmərəli nəqliyyat əlaqəsi quracaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər