UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək Qarabağ FK – Newcastle United görüşünün biletləri bu gün saat 12:00-dan satışa çıxacaq. Klubdan bildirilib ki, biletlərə marağın yüksək olacağı gözlənildiyindən, satış həm onlayn, həm də kassalar vasitəsilə aparılacaq.
Ağdam təmsilçisinin açıqlamasına əsasən, biletlərin qiymətləri sektorlar üzrə aşağıdakı kimidir:
Standart sektorlar:
- 10 manat
- 15 manat
- 25 manat
- 35 manat
- 40 manat
- 50 manat
- 75 manat
VIP sektorlar:
- 200 manat
- 250 manat
- 300 manat
- 400 manat
VVIP sektorlar:
- 1000 manat
Klub qiymətlərin müxtəlif büdcələrə uyğun müəyyənləşdirildiyini, həm ailəvi azarkeşlərin, həm də premium şərait istəyən tamaşaçıların seçim imkanlarının geniş olduğunu vurğulayıb.
“Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Arenada tam dolu tribunaların olacağı gözlənilir.





