7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
Evİdman“Qarabağ”ın Norveç sınağı

“Qarabağ”ın Norveç sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyuna çıxacaq.

Daylinews-az.com xəbər verir ki, Ağdam klubu turnirin Liqa mərhələsinin IV turunda Norveçin “Bodo Qlimt” komandası ilə qarşılaşacaq. İlk üç oyunda məğlub olan Qurban Qurbanovun komandası bu dəfə Norveç səfərində ilk xallarını qazanmağa çalışacaq.

Matç Norveçin “Aspmyra” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ” indiyədək səfərdə “Tottenhem”ə 0:3, evdə “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabı ilə məğlub olub. Təmsilçimizin növbəti qarşılaşması noyabrın 28-də Bakıda Fransanın “Lion” komandasına qarşı olacaq.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər