EvCəmiyyətQaxda 26 kənd qazsız qalacaq – 18 apreldə qaz təchizatı dayandırılacaq

Qaxda 26 kənd qazsız qalacaq – 18 apreldə qaz təchizatı dayandırılacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, 18 aprel tarixində Qax rayonunun şəhər mərkəzi və 26 kəndində qaz verilişi müvəqqəti olaraq dayandırılacaq. Bu qərar qazpaylayıcı sistemdə təmir və yenidənqurma işləri ilə bağlıdır.

Qeyd olunub ki, qaz təchizatı aşağıdakı səbəblərlə əlaqədar saat 09:30-dan etibarən dayandırılacaq:

  • Qax QPS-də (Qazpaylayıcı stansiya) 200 mm-lik boru üzərində yerləşən qazpaylayıcı şkafın dəyişdirilməsi;
  • Turaçlı kəndində 250 mm-lik qaz xətti üzərinə yeni qazpaylayıcı şkafın quraşdırılması;
  • Alatəmir kəndində 273 mm-lik orta təzyiqli qaz xəttində deformasiya olunmuş hissənin dəyişdirilməsi.

Qaz verilişi işlərin tam başa çatmasından sonra bərpa olunacaq. “Azəriqaz” vətəndaşlardan yaranacaq müvəqqəti narahatlığa görə anlayışla yanaşmalarını xahiş edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər