EvHadisəQəbələdə tövlədə başlayan yanğın vaxtında söndürülüb

Qəbələdə tövlədə başlayan yanğın vaxtında söndürülüb

Qəbələ rayonunun Nic qəsəbəsində tövlədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, “112” qaynar xəttinə məlumat daxil olduqdan dərhal sonra Yanğından Mühafizə Xidmətinin Qəbələ rayon bölməsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən vaxtında tədbir görülərək, tövlədə başlayan yanğın daha geniş əraziyə yayılmadan söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tövlənin yanar konstruksiyalarından 40 kvadratmetri zərər görüb, damda yığılmış 14 ton ot bağlamasından isə 10 tonu yanıb.

Yanğın zamanı tövlənin və otun qalan hissəsi eləcə də yaxınlıqda yerləşən digər tikililər yanğından qorunub.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər