Madridin “Real” klubu Çempionlar Liqasında “Arsenal” qarşısında aldığı ağır 0:3 məğlubiyyətdən sonra heyətində ciddi dəyişikliklər planlaşdırır.
İspaniyanın Diario AS nəşrinin məlumatına görə, “kral klubu” mövsüm sonunda bir neçə futbolçusuyla yolları ayıracaq. Əfsanəvi xorvat yarımmüdafiəçi Luka Modriç və ispaniyalı cinah oyunçusu Lukas Vaskeslə müqavilələr uzadılmayacaq.
Bundan əlavə, klub yüksək maaş alan David Alabanın satılmasını da planlaşdırır. Müdafiəçinin artıq əsas heyətdə sabit yer tutmaması onun transfer siyahısına salınmasına səbəb olub.
Kimlər qalacaq?
Madrid təmsilçisi 32 yaşlı Antonio Rüdigerlə yollarını ayırmaq istəmir. Alman müdafiəçi ilə müqavilənin uzadılması üçün danışıqlar davam edir. Klub onun liderlik keyfiyyətləri və müdafiədə sabit oyununu yüksək qiymətləndirir.





