Rumıniyada prezident seçkilərinin ilk turunun nəticələri açıqlanıb. İkinci tura Sosial Demokrat Partiyasının sədri və hazırkı baş nazir Marçel Çolaku ilə Rusiya ilə ittifaq tərəfdarı müstəqil namizəd Kəlin Corcesku keçib.
Rəsmi məlumatlara görə, səslərin 75,6%-nin hesablanmasından sonra üçüncü yeri 15,51% səslə “Rumınların Birliyi Alyansı”nın lideri Corce Simion tutur. Bu nəticələr ilkin ekzit-poll məlumatlarını təkzib edir, çünki onlara əsasən ikinci yerə sağ-mərkəzçi “Rumıniyanın Xilas Birliyi” partiyasının lideri Elena Laskoni çıxmışdı.
İkinci tur prezident seçkiləri 8 dekabr tarixində keçiriləcək. Mərkəzi Seçki Bürosu yekun nəticələri yaxın günlərdə açıqlayacaq.