EvMədəniyyətŞair Əlisəmid Kür vəfat etdi

Şair Əlisəmid Kür vəfat etdi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə şairin yaxınları məlumat veriblər. Ailə üzvlərinin bildirdiyinə görə, Əlisəmid Kür 13 oktyabr 2025-ci il tarixində Sabunçu rayonu ərazisində yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Şairin doğulduğu Salyan rayonunda keçiriləcək dəfn mərasimi bu gün baş tutacaq. Son günlərdə səhhətində ağırlaşmalar müşahidə olunan Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra Respublika Klinik Xəstəxanasında müalicə almışdı.

Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində dünyaya gəlib. O, 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsini fərqlənmə diplomu ilə bitirib. Karyerası ərzində Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair ədəbi fəaliyyətinin müxtəlif sahələrində uğur qazanıb. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə isə həmin qəzetin baş redaktoru olub. Şeirləri dünya dillərinə tərcümə olunaraq müxtəlif ədəbi nəşrlərdə və almanaxlarda çap olunub. O, 20 ilə yaxın müddətdə dünyanın müxtəlif şəhərlərində təşkil edilən beynəlxalq şeir toplantılarında Azərbaycanı təmsil edib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər