EvSiyasətNATO illik nüvə təlimlərinə iki həftəlik start verir

NATO illik nüvə təlimlərinə iki həftəlik start verir

NATO bazar ertəsi günü illik “Steadfast Noon” (Davamlı günorta) adlı nüvə silahının qarşısının alınması təliminə başlayacaq. Alyansın rəhbəri Mark Rutte ötən cümə günü yayılan video müraciətində qeyd edib ki, belə təlimlər nüvə çəkindirməsinin etibarlılığını, təhlükəsizliyini və maksimal effektivliyini təmin etmək üçün vacibdir.

Rutte əlavə edib: “Bu təlim istənilən potensial düşmənə aydın mesaj verir ki, NATO müttəfiqlərini istənilən təhlükədən qorumağa və müdafiə etməyə hazırdır”.

Fransanın “20 Minutes” nəşri NATO-nun Nüvə Siyasəti üzrə direktoru Cim Stoksun sözlərinə istinadla xatırladır ki, təlim heç bir ölkəyə yönəlmir və real hadisələrlə əlaqəsi yoxdur. Təlim öncəsi bazar ertəsi şəxsi heyət üçün brifinqlər keçiriləcək, uçuşlar isə ertəsi gün start götürəcək.

Bu ilki təlimlər Avropanın şimal-qərbində, Şimal dənizi bölgəsində baş tutacaq və iki həftə davam edəcək. Təlimdə NATO-ya üzv olan 14 ölkədən 2 000 hərbçi və 71 döyüş təyyarəsi iştirak edəcək.

Birləşmiş Ştatlar dörd F-35 ikili qabiliyyətli döyüş təyyarəsi ilə təmsil olunur. Almaniya üç “Tornado”, Polşa üç F-16, Finlandiya dörd F-18, İsveç isə “Gripen” döyüş təyyarələri ilə təlimdə iştirak edəcək. Bundan əlavə, elektron müharibə aparatı, kəşfiyyat, komanda və idarəetmə, eləcə də tanker təyyarələri də tədbirdə olacaq.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər