EvDünyaŞirkət rəhbəri işçilərinə 26 milyon dollardan çox bonus payladı

Şirkət rəhbəri işçilərinə 26 milyon dollardan çox bonus payladı

Çində kran və material emalı avadanlıqları istehsal edən bir şirkətin rəhbəri ötən ilin mənfəətinin böyük hissəsini əməkdaşları ilə bölüşərək diqqət mərkəzinə düşüb. O, şirkətin illik qazancının təxminən 70 faizini – 180 milyon yuanı (26 milyon ABŞ dollarından çox) işçilərə bonus kimi paylayıb.

Məlumata görə, vəsaitin əhəmiyyətli hissəsi korporativ tədbir zamanı təqdim olunub. İşçilər səhnəyə dəvət edilərək mükafatlarını alıblar. Hətta bəzi əməkdaşlar banket masalarının üzərinə düzülmüş pul yığınından öz bonuslarını şəxsən götürüblər. Onlayn köçürmələr də nəzərə alındıqda, ilin sonuna qədər ümumi bonus məbləği 180 milyon yuanı keçib.

Mənfəətin 70 faizi əməkdaşlara verilib

Bildirilir ki, şirkətin 2025-ci il üzrə ümumi mənfəəti 270 milyon yuan təşkil edib. Bu isə o deməkdir ki, qazancın təxminən 70 faizi 7 min əməkdaş arasında bölüşdürülüb. Şirkət rəhbəri tez-tez səxavətli bonusları ilə seçildiyi üçün “pulu paylaşmağı sevən boss” ləqəbi ilə tanınır.

Müəssisə 2002-ci ildən fəaliyyət göstərir. Şirkətin rəhbəri Cui Peytszün səhmlərin təxminən 98,88 faizinə sahibdir. O, daha əvvəl də işçilərə yüksək bonuslar təqdim etməklə gündəmə gəlib.

Bu addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi belə təşəbbüsün əməkdaşların motivasiyasını artırdığını və şirkətə sadiqliyi gücləndirdiyini qeyd edir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər