EvİqtisadiyyatTesla səhmləri ABŞ Ticarət naziri Loutnikin proqnozundan da aşağı düşdü

Tesla səhmləri ABŞ Ticarət naziri Loutnikin proqnozundan da aşağı düşdü

Tesla Inc. səhmlərinin qiyməti 7 aprel bazar ertəsi günü ABŞ Ticarət naziri Hovard Loutnik tərəfindən verilmiş optimist proqnozları alt-üst edərək daha da ucuzlaşıb. Bloomberg xəbər verir ki, səhmlər 9,2% azalaraq 217,41 dollara enib – bu, Loutnikin “bundan ucuz olmayacaq” dediyi səviyyədən də aşağı göstəricidir.

Xatırladaq ki, Loutnik 19 martda Fox News-a verdiyi müsahibədə Tesla səhmlərinin 235,86 dollar olduğu vaxt demişdi: “Bu qiymətə daha düşməz. Almaq üçün əla fürsətdir.”

Növbəti gün isə şirkətin CEO-su İlon Mask Tesla əməkdaşlarına səhmlərini saxlamağı tövsiyə etmişdi.

Tesla səhmlərinin düşüş səbəbləri

Səhmlərdəki eniş yalnız bazar psixologiyası ilə izah olunmur. Son aylar:

  • Satış və gəlir gözləntiləri aşağı salınıb.
  • Avtomobil çatdırılmalarında zəiflik müşahidə olunub.
  • Tesla-nın Çindəki bazar mövqeyi təzyiqlərlə üz-üzədir.

Wedbush Securities analitiki Deniel Ayvz qeyd edib ki, Donald Trampın 25%-lik avtomobil idxal tarifləri, Tesla-nın qlobal strategiyasını zədələyə bilər.

Mövcud tariflər Tesla-nın qlobal təchizat zəncirinə və beynəlxalq üstünlüklərinə ciddi zərbə vuracaq,” – deyə Ayvz qeyd edib.

Çin bazarında təzyiqlər artır

Tesla üçün ən böyük narahatlıq isə Çin bazarındakı mövqeyidir. Analitiklər bildirirlər ki, Trampın siyasəti və Maskın Çinlə assosiasiyaları yerli istehsalçıların – BYD, Nio, Xpeng və digər brendlərin xeyrinə işləyə bilər. Bu, Çinli alıcıları daha çox daxili bazar məhsullarına yönəldə bilər.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər