EvDünyaÇində süni intellekt üzrə aparıcı alimlərin müəmmalı ölümü: Təfərrüatlar

Çində süni intellekt üzrə aparıcı alimlərin müəmmalı ölümü: Təfərrüatlar

ABŞ və Çin arasında texnoloji üstünlük uğrunda mübarizə getdikcə daha sərt xarakter alır. Bu mübarizənin mərkəzində isə süni intellekt dayanır. Lakin son illərdə bu sahədə çalışan bir sıra aparıcı Çinli alimlərin gənc yaşda və müəmmalı şəkildə dünyasını dəyişməsi bu sektorda narahatedici tendensiyaya işarə edir.

Bu barədə South China Morning Post (SCMP) nəşri geniş material dərc edib. Nəşrin araşdırmasına əsasən, ölüm halları əsasən qəfil xəstəliklər və ya qəzalara bağlansa da, ümumi fon — bu sahədə çalışan alimlərin üzləşdiyi psixoloji təzyiq və məsuliyyət yüküdür.

Mütəxəssislərin üzləşdiyi təzyiqlər

Çinli kompüter mütəxəssisi Lyu Şaoxan bildirir ki, süni intellekt sahəsində çalışan alimlər yüksək əməkhaqqı alsalar da, eyni zamanda ağır iş tempi və dayanmayan rəqabətlə qarşılaşırlar:

“Sənaye sürətlə dəyişir, rəqabət isə amansızdır. Bir alim ideya üzərində işləyərkən, digəri onu artıq reallaşdırır və dərc etdirir.”

Bundan başqa, Şİ texnologiyalarının cəmiyyətə təsirinin miqyası bu sahədə çalışanları əlavə etik məsuliyyət qarşısında qoyur. Alimlər həm texniki, həm də ictimai baxımdan nəticələrə görə cavabdehdirlər.

Gənc yaşda vəfat edən Çinli Şİ alimləri

SCMP dünyasını dəyişən bir neçə nüfuzlu mütəxəssisin siyahısını təqdim edib:

  • Sun Szyan (1977–2022) – Kompüter görməsi üzrə tanınmış alim, Megvii şirkətində baş elmi işçi. ShuffleNetBrain++ sistemlərinin müəllifi. 45 yaşında qəfil xəstəlikdən vəfat edib.
  • Fen Yanxe (1985–2023) – Hərbi Şİ texnologiyaları üzrə ixtisaslaşmış alim. War Skull IWar Skull II sistemlərinin əsas yaradıcısı olub. Vacib tapşırığa gedərkən qəza nəticəsində 38 yaşında dünyasını dəyişib.
  • Tan Syaou (1968–2023)SenseTime şirkətinin yaradıcısı, Çində Şİ texnologiyalarının kütləvi tətbiqinin banilərindən biri. Üz tanıma texnologiyalarının yayılmasında mühüm rol oynayıb. 55 yaşında xəstəlik səbəbilə vəfat edib.
  • Xe Ji (1983–2024)Yidu Tech şirkətinin həmtəsisçisi, tibbi analizlərdə süni intellekt tətbiqi üzrə ixtisaslaşıb. 41 yaşında yüksək dağ xəstəliyindən ölüb.
  • Çüan Yuyxuy (1985–2025) – Kompüterlə görüntü emalı üzrə mütəxəssis, SCUT universitetində dosent. Stanford universitetinin dünyada top-2% alim siyahısına düşüb. 39 yaşında xəstəlik səbəbilə dünyasını dəyişib.

Bu ardıcıl itkilər, bir tərəfdən, süni intellekt sahəsindəki yarışın nə qədər gərgin olduğunu, digər tərəfdən isə alimlərin qarşılaşdığı fiziki və emosional yüklənməni göstərir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər