EvSiyasətTramp Ağ Evdə Ramazan iftarı təşkil etdi və ABŞ-dakı müsəlmanlara təşəkkür etdi

Tramp Ağ Evdə Ramazan iftarı təşkil etdi və ABŞ-dakı müsəlmanlara təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib. Tədbirə Amerika müsəlman icmasının nümayəndələri və bir sıra müsəlman ölkələrinin diplomatları dəvət olunub. Bu, Trampın ikinci prezidentlik müddətində təşkil etdiyi ilk rəsmi Ramazan iftarıdır.

ABŞ lideri çıxışına “Ramazanınız mübarək” sözləri ilə başlayaraq, 2024-cü ilin noyabrında keçirilmiş prezident seçkilərində amerikalı müsəlmanların verdiyi güclü dəstəyə görə minnətdarlığını bildirib.

Tramp vurğulayıb ki, tədbirdə Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Qətər, Livan, Pakistan və digər ölkələrin nümayəndələri iştirak edir.

2024-cü ildəki seçkilərdə mənə rekord sayda dəstək verən yüz minlərlə müsəlman amerikalıya xüsusi təşəkkürümü bildirirəm. Bu, inanılmaz idi,” – deyə o qeyd edib.

ABŞ prezidenti bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi vədlərə sadiq qalır. Onun sözlərinə görə, Yaxın Şərqdə uzunmüddətli sülhün qurulması üçün diplomatik təşəbbüslər davam edir və bu istiqamətdə Avraam razılaşmaları əsasında yeni addımlar atılır.

Tramp Miçiqan ştatında yaşayan müsəlmanlara xüsusi təşəkkürünü çatdırıb və əlavə edib:

“Mən prezident olduqca sizin yanınızda olacağam. Sizi dəstəkləməyə davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm.”

Sonda ABŞ prezidenti qeyd edib ki, gələcəkdə bu cəmiyyətlə daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər