EvŞou-biznes“Eurovision 2025”də Azərbaycanın səhnəyə çıxma nömrəsi məlum oldu

“Eurovision 2025”də Azərbaycanın səhnəyə çıxma nömrəsi məlum oldu

2025-ci ildə İsveçrənin Bazel şəhərində keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında yarımfinal mərhələsində iştirak edəcək ölkələrin səhnəyə çıxma ardıcıllığı açıqlanıb.

Daylinews-Az xəbər verir ki, Azərbaycan təmsilçiləri – Mamagama qrupu ilk yarımfinalda 10-cu nömrə ilə çıxış edəcək. Qrup yarışmada “Run with U” adlı mahnı ilə ölkəmizi təmsil edəcək. Bəstəkarları Həsən Heydər, Roman Zilyanev və Asəf Mişiyevdir.

Birinci yarımfinalda Azərbaycanla yanaşı İslandiya, Polşa, Ukrayna, Albaniya, Norveç və digər ölkələr də səhnəyə çıxacaqlar. Ümumilikdə bu mərhələdə 16 ölkə iştirak edəcək və onlar 17 may tarixində baş tutacaq möhtəşəm finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, “Eurovision 2025”in yarımfinal mərhələləri 13 və 15 may, final isə 17 may tarixində keçiriləcək.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər