7 C
Baku
Çərşənbə axşamı, Dekabr 3, 2024
EvSiyasətTürk Dövlətləri Təşkilatında bildirilib ki, Milli Məclis seçkiləri açıq və şəffaf keçirilib

Türk Dövlətləri Təşkilatında bildirilib ki, Milli Məclis seçkiləri açıq və şəffaf keçirilib

Türk Dövlətləri Təşkilatının (TDT) missiyası beynəlxalq standartlara uyğun olaraq Bakıda, Abşeron və Xızı rayonlarında keçirilən seçkiləri müşahidə edib.

Bu barədə TDT-nin baş katibinin müavini Ömər Kocaman “Report”a bildirib.

O, missiyanın “Yeni Azərbaycan” və Demokratik İslahatlar partiyalarının nümayəndələri, həmçinin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşdüyünü, seçki prosesini müzakirə etdiyini və 36 seçki məntəqəsinə baş çəkdiyini bildirib.

Ö.Kocaman qeyd edib ki, missiya həmçinin səslərin sayılması prosesində də iştirak edib: “Səslərin hesablanmasına təsir göstərə biləcək ciddi hadisələr qeydə alınmayıb”.

O, əlavə edib ki, seçkilər açıq və şəffaf keçirilib, beynəlxalq standartlara uyğun olaraq həyata keçirilib.

Əlaqəli Məqalələr

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Populyar Xəbərlər

Son Şərhlər