İyun ayının ilk günlərində sanki hava dəyişir: fikir və hisslər dərinləşir, sözlər güc qazanır, niyyətlər formaya düşür. Bu həftə səmavi hadisələr yeni başlanğıclar, müdriklik və harmoniya gətirə bilər.
Astral fon: nə baş verir?
- 5 iyun – Merkuri Əkizlər bürcündə Marsla harmonik aspekt qurur. Danışıq və qərar vermək üçün mükəmməl gündür.
- 6 iyun – Venera Öz evinə – Buğa bürcünə qayıdır. Gözəllik, stabil sevgi və zövq bu gündən etibarən aktuallaşır.
- 7 iyun – Merkuri Yupiterlə birləşir və parlaq Betelgeyze ulduzu ilə enerji axını yaradır. İdeyalar və anlayışlar günü.
- 8 iyun – Merkuri həssas Xərçəng bürcünə keçir. Ürəkdən gələn söhbətlər, xatirələr və ailə vacib olur.
Bürclər üzrə proqnozlar
Qoç
Əhəmiyyətli xəbər və daxili oyanış gözlənilir. Yeni layihələrə başlamaq, münasibətləri formalaşdırmaq və maliyyə məsələlərini həll etmək üçün münasib zamandır. 6 iyundan etibarən sabitlik və gəlir xəbərləri mümkündür.
Buğa
İntuisiyanız güclənir. Ünsiyyət və işgüzar təkliflər önə çıxır. Veneranın bürcünüzə keçidi sizi cazibədar və şanslı edir. Xarici görünüş və münasibətlərdə yenilənmə vaxtıdır.
Əkizlər
Merkuri sizin bürcünüzdə olduğu üçün ideyalar, ünsiyyət və yeni tanışlıqlar bol olacaq. 7 iyun xüsusilə diqqətçəkəndir – uzun müddətdir gözlədiyiniz məlumatı ala bilərsiniz. Həftə sonuna doğru daha şəxsi və dərin məsələlər önə çıxır.
Xərçəng
Həftənin əvvəlində tək qalmaq və dincəlmək istəyə bilərsiniz. 8 iyunda Merkuri sizin bürcünüzə keçir – sözlər güc qazanır, duyğular açıqlanır. Ailə və daxili harmoniya ön plandadır.
Şir
Mars sizə güc və təşəbbüs verir. Venera maddi və şəxsi sahədə uğurlar vəd edir. Yaradıcı sahədə çalışanlar üçün mükəmməl dövrdür. Ailə və əmlakla bağlı müsbət xəbərlər ola bilər.
Qız
Karyera və iş əsas mövzulardır. 6 iyun – yeni planlar və xarici əlaqələr üçün uyğun zamandır. Venera işgüzar münasibətləri və gündəlik həyatı harmoniyaya salmağa yardımçı olacaq.
Tərəzi
Gözlənilməz daxili dönüşüm mümkündür. Venera sizin üçün güclü mövqedədir – romantika, incəsənət və şəxsi inkişaf üçün əla vaxtdır. İliham və hisslər ön plana keçir.
Əqrəb
Yaxınlarla münasibətləri gücləndirmək və evdəki məsələləri həll etmək üçün yaxşı vaxtdır. Dəyişikliklər, o cümlədən karyera və sosial statusla bağlı yeniliklər mümkündür. Səmimi olun və sözlərinizə diqqət edin.
Oxatan
Həftənin əvvəlində enerji az olsa da, sonralar aktivlik artacaq. Uğurlu sövdələşmələr, ailə məsələləri və daşınmaz əmlakla bağlı söhbətlər gündəmə gəlir. Yeni yerlərə səfər ilham verə bilər.
Oğlaq
Özünüzü ifadə etmək üçün fürsətlər olacaq. Venera sənətə və şəxsi ünsiyyətə marağı artırır. Partnyorluq və ailə məsələləri aktuallaşır. Sevgi həyatında ruhən yaxın biri ilə tanışlıq mümkündür.
Dolça
Həftə münasibətlərdə balans tapmaq və sərhədləri müəyyənləşdirmək zamanıdır. İşdə müəyyən ləngimələr ola bilər, amma cümə gününə qədər düzələcək. Gözlənilməz tanışlıq və təkliflər gündəmi dəyişə bilər.
Balıqlar
İçinizdəki səs sizi doğru yola yönəldəcək. Daxili duyğulara güvənin. Romantik etiraflar və karyerada ani dönüşlər ola bilər. Həftə sonu sağlamlıq və gündəlik məsələlərlə maraqlanmaq tövsiyə olunur.





