Ukraynalı peşəkar boksçu Aleksandr Usik və britaniyalı Deniel Dyubua 19 iyulda Londonun “Uembli” stadionunda rinqə çıxaraq boks tarixinin önəmli revanş döyüşlərindən birini keçirəcəklər. Bu görüş, 2023-cü ildə Vrotslavda baş tutan ilk qarşılaşmanın cavabıdır. Həmin döyüşdə texniki nokautla Usik qalib gəlmişdi.
Bu dəfə isə rinqə çıxan tərəflər təkcə şəxsi qələbə üçün yox, həm də dörd böyük titul uğrunda mübarizə aparacaqlar:
- WBA,
- WBO,
- WBC,
- IBO.
Hazırda bu kəmərlərin sahibi Usikdir, Dyubua isə IBF çempionu statusunu qoruyur. Qarşılaşmanın qalibi super ağır çəkidə mütləq dünya çempionu elan ediləcək.
Döyüş gecəsi: vaxt və məkan
Uembli stadionu növbəti dəfə böyük boks tədbirinə ev sahibliyi edəcək. 19 iyul tarixində baş tutacaq döyüş gecəsi saat 20:00-da (Bakı vaxtı) başlayacaq və təxminən 02:00-a qədər davam edəcək. Gecənin əsas qarşılaşması — Usik vs Dyubua 2 — gecənin son döyüşü olacaq və təxmini 00:30-da rinqə çıxacaqlar. Dəqiq vaxt undercard döyüşlərinin gedişindən sonra dəqiqləşəcək.
- Bu, Aleksandr Usikin Uemblidəki 4-cü,
- Dyubuanın isə peşəkar rinqdə 19-cu qarşılaşması olacaq.
Rəqiblərin statistikası
- Aleksandr Usik: 23 qələbə (14-ü nokautla), məğlubiyyəti yoxdur
- Deniel Dyubua: 22 qələbə (21 nokaut), 2 məğlubiyyət
- Dyubuanın ilk məğlubiyyəti Co Coisə qarşı olmuşdu
- Usik isə 2024-cü ildə iki dəfə Tayson Fyurini hakimlərin qərarı ilə məğlub edib
Mükafat fondu
Bu möhtəşəm döyüşdə boksçuların gəliri də diqqət çəkir. Ümumi 195 milyon dollar dəyərində mükafat fondu nəzərdə tutulub. Paylanma isə belə olacaq:
- 65% – Aleksandr Usikə
- 35% – Deniel Dyubua üçün
Bu pay bölgüsü döyüşçülərin titullarına, əvvəlki uğurlarına və bazar dəyərinə əsasən müəyyənləşdirilib.





