HBO telekanalı məşhur sehrbaz Harry Potter haqqında çəkiləcək yeni serial üçün bir neçə əsas aktyorun adlarını açıqlayıb. Variety nəşrinin yazdığına görə, bu yeni adaptasiyada klassik obrazlara həyat verəcək altı aktyor artıq təsdiqlənib.
Serialda rol alacaq aktyorlar:
- Albus Dambldor – Con Litqou
- Severus Snejp – Paapa Essiedu
- Rubeus Hagrid – Nik Frost
- Professor Quirrell – Lyuk Tallon
- Gryffindor yataqxanasının rəhbəri – Janet McTeer
- Argus Filch (məktəbin gözətçisi) – Pol Whitehouse

Serialın icraçı prodüseri Françeska Gardiner və rejissor Mark Maylod bu barədə açıqlama veriblər:
“Belə istedadlı aktyorların komandamıza qoşulmasından məmnunuq. Onların bu sevilən personajlara necə yeni nəfəs verəcəyini görmək üçün səbirsizlənirik.”
Əsas üçlük hələlik məlum deyil
Harry, Ron və Hermion kimi əsas qəhrəmanları kimlərin canlandıracağı hələ dəqiqləşməyib. Prodüserlər qeyd ediblər ki, bu rollar üçün kastinq prosesi davam edir.
Yeni serial J.K. Rowling-in yazdığı kitab seriyasına daha dəqiq uyğunlaşdırılmış adaptasiya olacaq. Serialın ilk mövsümünün 2026 və ya 2027-ci ildə nümayişi planlaşdırılır. Çəkilişlər isə bu ilin yayında başlayacaq.





