EvMədəniyyət“ZəfərFest-5” yaradıcılıq festivalı Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunub

“ZəfərFest-5” yaradıcılıq festivalı Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunub

Heydər Əliyev Sarayında Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib. Tədbirdə dövlət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media rəhbərləri, təhsil sahəsinin mütəxəssisləri, şəhid övladları, həmçinin təhsil müəssisələrinin pedaqoji heyəti və şagird kollektivləri iştirak edib.

Festival proqramına Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii kollektivləri, Azərbaycan Milli Konservatoriyası İncəsənət Gimnaziyası, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi və “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar daxildir. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndiriblər.

Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunan “ZəfərFest” artıq beşinci dəfədir keçirilir və hər il gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, yaradıcılıq bacarıqlarının nümayişi üçün vacib platformaya çevrilir.

Festivalın əsas məqsədi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların xatirəsini hörmətlə yad etmək, Azərbaycan Ordusunun tarixi zəfərini və ölkənin ərazi bütövlüyünün bərpasının mahiyyətini gənclərə çatdırmaqdır. Eyni zamanda, bu tədbir türk dünyasının ümumi qələbəsi sayılan Zəfərin əhəmiyyətini yeni nəsillərə aşılayır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər