Hazırda müşahidə olunan güclü külək səbəbindən Zığ dairəsi-Hava Limanı yolunun bəzi zolaqlarında sürət həddi 20 km/saat azaldılıb.
Daylinews-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sürət tablolarında dəyişiklik edilib və “güclü külək” xəbərdarlığı əlavə olunub. Sürücülərdən təyin olunmuş sürət həddinə riayət etmələri xahiş edilir.





