EvSağlamlıq2025-ci ilin Nobel Mükafatını alan tibb üzrə alimlər açıqlanıb

2025-ci ilin Nobel Mükafatını alan tibb üzrə alimlər açıqlanıb

2025-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı Amerikanın üç tədqiqatçısı Məry E. Brankov, Fred Ramsdell ilə yanaşı, Yaponiyanın alimlərindən biri olan Şimon Sakaquçiyə verilib. Nobel mükafatının rəsmi saytında bildirildiyi kimi, onların bu mükafata layiq görülməsinin əsas səbəbi periferik immun tolerantlıqla bağlı kəşfləridir.

  • Məry E. Brankov molekulyar biologiya və immunologiya üzrə aparıcı mütəxəssislərdən biridir.
  • Fred Ramsdell isə Parker Xərçəng İmmunoterapiyası İnstitutunda tədqiqatların vitse-prezidenti və immunoloq kimi tanınır.
  • Şimon Sakaquçi isə Kioto Universitetinin professoru olaraq tənzimləyici T-hüceyrələr və immun tolerantlığın mexanizmləri üzrə qabaqcıl mütəxəssisdir.

Onların araşdırmaları göstərib ki, immun sistemi necə öz toxumalarını və orqanlarını hədəf almadan qoruyur ki, bu da autoimmun xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır.

Qeyd edək ki, ötən ilin Nobel mükafatını Viktor Embros və Harri Ravqan almış, onlar mikroRNT və onun genlərin posttranskripsiya tənzimlənməsindəki rolu barədə kəşfləri ilə təltif olunmuşdular.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər