Nyu-York əmtəə birjasında qızılın qiyməti son 24 saat ərzində iki dəfə rekord həddə çatıb və tarixdə ilk dəfə bir troya unsiyası üçün 4 000 dollar səviyyəsini ötüb. “Comex” platformasındakı son məlumatlara görə, dekabr fyuçerslərinin dəyəri qısa müddətə 4 000,1 dollaradək yüksəlib, bu da gün ərzində 0,35% artıma bərabərdir.
Buna baxmayaraq, Bakı vaxtı ilə səhər saat 04:54-də qiymət bir qədər azalaraq bir unsiya üçün 3 987,4 dollara düşüb. Bununla belə, göstərici yenə də rekord səviyyəyə yaxın qalıb və qızıl hazırda, investorlar üçün sabit və riskdən qoruyan aktiv kimi, marağını qorumaqda davam edir.
Qeyd edək ki, bundan əvvəlki maksimum ötən gün – 6 oktyabrda qeydə alınmış və qızılın qiyməti 3 949 dollar olmuşdu. Yaranan bu yeni rekordlar, qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik və təhlükəsiz investisiya axtarışlarının artması ilə izah olunur.





