Evİdmanİmişlinin braziliyalı müdafiəçisi: “Davamlılıq və motivasiya əsasdır”

İmişlinin braziliyalı müdafiəçisi: “Davamlılıq və motivasiya əsasdır”

“İmişli”nin təcrübəli futbolçusu Ronaldo Rodrigez de Souza “Araz-Naxçıvan”la keçirilən oyunu asan saymadı. Мerdiyi müsahibədə braziliyalı mərkəz müdafiəçisi rəqibin Avrokuboklara vəsiqə uğrunda favoritlərdən biri olduğunu vurğulayıb. Buna baxmayaraq, komandanın meydanda güclü mübarizə əzmi və keyfiyyətli oyun sərgilədiyini qeyd edib.

27 yaşlı futbolçu milli komandalara görə yaranan fasilənin komandaya təsiri barədə də danışıb. O bildirib ki, oyunun ritmini qoruyub saxlamaq üçün hər gün yüksək səviyyədə məşq etməyə davam edirlər. Həmin fasiləni isə komandanın enerji toplaması və növbəti görüşə daha ciddi hazırlaşması üçün fürsət kimi dəyərləndirir.

Rodrigez de Souza hazırkı nəticəni uzunmüddətli və planlı işləmənin təbii nəticəsi kimi dəyərləndirir. O, komandada davamlılıq, ciddi yanaşma və təvazökarlıq ruhunun qorunmasının əsas amillər olduğunu vurğulayıb.

Qeyd edək ki, “İmişli” hazırda Misli Premyer Liqasının 7 turu ərzində topladığı 8 xalla turnir cədvəlində 8-ci pillədə yer alır.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər