Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Erenin verdiyi açıqlamaya görə, TİKA Mərdəkan qəsəbəsində yerləşən tarixi Mərdəkan qalasında bərpa işləri aparmaq üçün xüsusi layihəyə start verəcək. Oktyabrın 29-da qəsəbəyə rəsmi səfər edən nümayəndə heyəti, Şirvanşahlar dövründən miras qalan böyük qalada görüləcək işlərin önəmini vurğulayıb.
Abdullah Eren qeyd edib ki, TİKA bu günə qədər Azərbaycanda fərqli sahələrdə həyata keçirdiyi layihələrin ümumi maliyyə həcmi təxminən 50 milyon dollara çatıb. Mərdəkan qalasının bərpası isə tarixi irsin qorunması və regionun turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bərpa işlərinin detalları və layihənin icra müddəti yaxın vaxtlarda açıqlanacaq. TİKA-nın Azərbaycandakı fəaliyyətləri ölkə ilə Türkiyə arasındakı dərin dostluq və əməkdaşlığın bariz nümunəsidir.





