Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ” komandası “Azərsun Arena”da keçirilən oyunda “İmişli”ni 2:0 hesabı ilə üstələyib. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi qolları 52-ci dəqiqədə Abdullah Zubir və 82-ci dəqiqədə Emanuel Addai ilə vurub.
Bu qələbə ilə “Qarabağ” 20 xalla turnir cədvəlinin birincisi mövqeyini qoruyub. “İmişli” isə 12 xalla yeddinci sıradadır. Qeyd edək ki, X tur noyabrın 2-də yekunlaşacaq.





