EvHadisəBakıda “Lake Hotel”də elektrik cərəyanı nəticəsində 4 işçi vəfat edib – Cinayət...

Bakıda “Lake Hotel”də elektrik cərəyanı nəticəsində 4 işçi vəfat edib – Cinayət işi açılıb

Binəqədi rayonunda yerləşən “Lake Hotel”də baş vermiş faciə nəticəsində dörd nəfər işçi elektrik cərəyanı vurması səbəbindən həkiməqədər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar təcili tibbi yardım briqadası saat 12:00-da çağırış ünvanına gəlib və işçilərin öldüyünü təsdiqləyib.

Baş Prokurorluğun açıqlamasına görə, faciə hotelin qarşısında aparılan işlər zamanı baş verib. Binəqədi Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması səbəbindən ehtiyatsızlıqla 2 və daha çox şəxsin ölümünə gətirib çıxarma) ilə cinayət işi başlanıb.

Elektrik cərəyanı vurması nəticəsində vəfat edənlərin adına gəldikdə, 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradov və 19 yaşlı Eltac Əliyev bildirilib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir, ekspertizalar təyin olunub və araşdırma davam etdirilir.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər