Binəqədi rayonunda yerləşən “Lake Hotel”də baş vermiş faciə nəticəsində dörd nəfər işçi elektrik cərəyanı vurması səbəbindən həkiməqədər dünyasını dəyişib.
Hadisə ilə əlaqədar təcili tibbi yardım briqadası saat 12:00-da çağırış ünvanına gəlib və işçilərin öldüyünü təsdiqləyib.
Baş Prokurorluğun açıqlamasına görə, faciə hotelin qarşısında aparılan işlər zamanı baş verib. Binəqədi Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 162.3-cü maddəsi (əmək mühafizəsi qaydalarının pozulması səbəbindən ehtiyatsızlıqla 2 və daha çox şəxsin ölümünə gətirib çıxarma) ilə cinayət işi başlanıb.
Elektrik cərəyanı vurması nəticəsində vəfat edənlərin adına gəldikdə, 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradov və 19 yaşlı Eltac Əliyev bildirilib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir, ekspertizalar təyin olunub və araşdırma davam etdirilir.





