Türkiyədə “futbolda mərc” iddiası ilə aparılan genişmiqyaslı istintaq çərçivəsində, səkkiz nəfəri həbsdə olmaqla, ümumilikdə 17 hakimlə bağlı İqtisadi Cinayətləri Araşdırma Komissiyası (MASAK) tərəfindən ətraflı hesabat hazırlanıb. Həmin sənədlər hakimlərin şans oyunları xidməti göstərən şirkətlərlə etdiyi maliyyə əməliyyatlarını incələyir.
Hesabatda hakim Erkan Arslanın 2021-2025-ci illər üzrə bank məlumatlarında ümumilikdə 35 milyon 179 min 61 türk lirəsi (təxminən 1,4 milyon AZN) dəyərində maliyyə əməliyyatları yer aldığı vurğulanır. Arslanın müxtəlif mərc platformaları vasitəsilə 6 min 380 əməliyyatı həyata keçirdiyi və toplam 10 milyon 548 min 837 lirə (təxminən 423 min AZN) həcmində vəsait dövriyyəsi yaratdığı göstərilir. Hesabatda platformalara 6 milyon 544 min 87 lirə (təxminən 262 min AZN) vəsait çıxarışı edildiyi, platformalardan isə 4 milyon 4 min 749 lirə (təxminən 160 min AZN) vəsait daxil olduğu qeyd olunur.
Başqa bir şübhəli Yasin Şenin bank məlumatları isə 2021-2025-ci illər üçün ümumilikdə 21 milyon 31 min 737 lirə (təxminən 843 min AZN) maliyyə əməliyyatını əhatə edir. Onun təkcə bir platformada 284 əməliyyatı vasitəsilə 1 milyon 738 min 572 lirə (təxminən 69 min AZN) dövriyyə yaratdığı müəyyən olunub.





