Zəfər günü münasibətilə Azərbaycan Milli Məclisi adından Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu göndərilib.
Daylinews-az.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında təbrik məktubu təşəbbüsünü parlamentin sədri Sahibə Qafarova irəli sürüb. Parlament sədri çıxışında məktubda Prezident və Birinci xanıma gələcək fəaliyyətlərində yeni uğurlar arzulandıqlarını qeyd edib.
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla dəstəklənib.