Bu gün Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” oyunu ilə bağlı Azərbaycanın tanınmış simaları öz proqnozlarını veriblər.
Daylinews-az.com-in sorğusunda iştirak edən məşhurlar “Qarabağ”ın daha şanslı olduğunu bildiriblər. Aspmyra stadionunda baş tutacaq qarşılaşmada məşhurların proqnozları belədir:
- Hacı Əliyev (güləşçi) – 1:2
- Vadim Vasilyev (veteran futbolçu) – 0:1
- Əli Mirəliyev (müğənni) – 2:1
- Adil Şükürov (futbol mütəxəssisi) – “Qarabağ” qalib gələcək
- Balabəy Ağayev (cüdoçu) – 1:1
- Firdovsi Umudov (AAF vitse-prezidenti) – 1:2
- Nazim Babayev (atlet) – 1:2
- Fərid Cəlalov (voleybol məşqçisi) – 0:2
- İmammədin Xəlilov (parataekvondoçu) – 1:2
- Eldəniz Əzizli (güləşçi) – 0:1
- İlham Zəkiyev (paracüdoçu) – 2:3
- Vurğun Hüseynov (futbolçu) – 1:3
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.