EvİdmanToral Bayramovun Qolu UEFA-nın "Ən Gözəl Qol" Səsverməsində

Toral Bayramovun Qolu UEFA-nın “Ən Gözəl Qol” Səsverməsində

“Qarabağ”ın futbolçusu Toral Bayramovun “Bodo Qlimt”ə vurduğu qol UEFA Avropa Liqasının “ən gözəl qolu” adına namizəddir.

Daylinews-az.com xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə Toralın qolu digər üç qol ilə birlikdə yarışır. Bu qollar arasında “Qalatasaray”ın oyunçusu Yunus Akgünün “Tottenham” qapısına vurduğu, “Ayntraxt”ın üzvü Omar Marmouşun “Slaviya”ya vurduğu və “Ludoqorets”dən Erik Markusun “Atletik”ə vurduğu qollar da var.

Azarkeşlər bu qollardan birini seçərək “turun ən gözəl qolu”na səs verə bilərlər.

Toral Bayramovun Qolu UEFA-nın "Ən Gözəl Qol" Səsverməsində
Əlaqəli Məqalələr

Populyar Xəbərlər