EvİdmanƏfsanəvi Ronaldinyo Bakıda kimsəsiz uşaqlar və gənc futbolçularla görüşüb

Əfsanəvi Ronaldinyo Bakıda kimsəsiz uşaqlar və gənc futbolçularla görüşüb

Dünya futbolunun məşhur simalarından olan, Braziliya millisi və “Barselona” klublarında uğurla çıxış etmiş Ronaldinyo Bakıda səfərdədir. Əfsanəvi oyunçu “Dəniz Mall” Ticarət Mərkəzində kimsəsiz uşaqlarla bir araya gəlib.

“Daylinews-az.com” xəbər verir ki, Ronaldinyo Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi və əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüşərək onlara dəstək olub.

Qeyd edək ki, Ronaldinyo Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə gəlib.

Bundan əlavə, Ronaldinyo Bakı Olimpiya Stadionunda Azərbaycanın aparıcı futbol klublarının gənc futbolçuları ilə də görüş keçirib. Görüşdə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının aşağı yaş qruplarından olan futbolçular iştirak ediblər. Bu görüşdə Ronaldinyo futbolçu karyerasından bəhs edib və gənclərə öz tövsiyələrini verib.

Leyla Qasımova
Leyla Qasımova
Leyla Qasımova — Daylinews-az.com xəbər saytının jurnalisti və redaktorudur. Siyasi və sosial jurnalistika sahəsində çalışır, Azərbaycan və dünyadakı əsas hadisələri işıqlandırır. Müasir medianı yaxşı anlayır və dəqiqliklə tərəfsizliyə üstünlük verir. Sözün gücünün reallığı dəyişə biləcəyinə inanır.
Əlaqəli Məqalələr

Populyar Xəbərlər